“Metafizika” jurnalının yeni nömrəsində xarici ölkə tədqiqatçılarının elmi məqalələri yer alıb

76

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 4-cü nömrəsi işıq üzü görüb.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, jurnalın bu sayında bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri dərc edilib. Yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə rəhbərlik edir. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnalda tarix, fəlsəfə və sənətşünaslıq üzrə araşdırmalara yer verilir.

Jurnal “İdealOnline”, “EBSCO”, “DIIF”, “Cosmos Impact Factor”, “International Index Copernicus” və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: