Merkuri planetinə kosmik missiya göndərilib

112

Fransız Qvineyasındakı “Kuru” kosmodromundan Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə iki kosmik aparatdan ibarət “Bepi Kolombo” adlı yeni missiya göndərilib.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, kosmik aparatların fəzaya göndərilməsi “Ariane 5” raket daşıyıcısı vasitəsi ilə həyata keçirilib. Bu missiyanın göndərilməsi üçün hazırlıq işləri isə 10 il davam edib.

“Kolombo” Yaponiya Aerokosmik Agentliyi tərəfindən rusiyalı alimlərlə əməkdaşlıq şəraitində hazırlanıb. Bu aparat dörd il Merkurinin orbitində olan ABŞ-ın “Messenger” planetlərarası stansiyasını əvəz edəcək. Yenidən bu məsafəni qət etmək kosmik aparatın 7 ilini alacaq. Bu zaman ərzində isə Venera planetinin yaxınlığında iki dəfə dövrə vurmaqla onun tədqiqatı həyata keçiriləcək.

2025-ci ildə Merkuriyə yaxınlaşacaq iki aparatdan ibarət kosmik missiya bu planetin səthini və maqnit sahəsini öyrənəcək, müxtəlif orbitlərdə yerləşən süni peyklərlə paralel şəkildə fəaliyyət göstərəcək. Missiya, həmçinin planetlərin təkamül prosesi, nisbilik nəzəriyyəsinin bir neçə maddələri üzrə də araşdırmalar aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: