ABŞ Senatı Mayk Pompeonu ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edib. O, bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.
NUHÇIXAN xəbər verir ki, senatorların 57-si M.Pompeonun lehinə, 42-si əleyhinə səs verib. Bu, ABŞ tarixində cüzi üstünlükdür. Bundan əvvəlki dövlət katibi Reks Tillerson (56 səs) istisna olmaqla, hər namizəd Senatda 85 və daha çox səs toplayıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.