Mayın 12-si Avropa Diş Əti Sağlamlığı Günüdür

80

Avropada Diş Əti Sağlamlığı Günü hər il mayın 12-də Avropa Parodontoloqlar Federasiyasının təşəbbüsü ilə qeyd olunur.

Bu günün yaradılması ictimaiyyətin qinqivit və parodontit kimi diş xəstəliklərinə daha çox diqqət ayırması məqsədi daşıyır. Onun başlıca hədəflərindən biri diş əti və onunla əlaqədar problemlər, eləcə də diş əti sağlamlığının vacibliyi haqqında məlumatın artırılmasıdır.

NUHÇIXAN xəbər verir ki, Avropa Diş Əti Sağlamlığı Günü həmin xəstəliklərlə mübarizə üzrə milli cəmiyyətlərin təşkil etdiyi beşinci məlumatlandırma günüdür.

Keçən il “Peridontal xəstəliyə birlikdə qalib gələk” şüarı ilə keçirilən beynəlxalq aksiya böyük uğur qazanıb: 27 milli cəmiyyətin iştirakı ilə keçirilən tədbir zamanı ictimaiyyətin məlumatlandırılması sahəsində xeyli iş görülüb, pulsuz periodontal skrininqlər təşkil edilib və xeyli kütləvi informasiya vasitələri bu barədə informasiya yayıb.

Bu il keçirilən Avropa Diş Əti Sağlamlığı Gününün əlaqələndiricisi Ksavye Struilu deyir: “Xatırlatmağı özümüzə borc bilirik ki, diş əti sağlamlığı orqanizmin ümumi sağlamlığının əsas amillərindən sayılır və onun xəstəliyi ictimai səhiyyənin aktual problemlərindən biri kimi hətta ürək-damar və serebrovaskulyar xəstəliklər də daxil olmaqla, çox ciddi xəstəliklərə səbəb ola bilər. Diş ətlərinin sağlamlığı bizə neçə-neçə həyatı xilas etməyə, sağlamlıq üçün narahatlıq doğuran bir sıra halları aşkarlamağa və vaxtında qarşısını almaqla yanaşı, tibbə sərf olunan milyardlarla vəsaitə qənaət olunmasına kömək edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: