Marko Reus Bundesliqada ən yaxşı oyunçu seçilib

117

Almaniyanın “Borussiya Dortmund” futbol klubunun yarımmüdafiəçisi Marko Reus Bundesliqanın ən yaxşı futbolçusu seçilib.

NUHÇIXAN “Kicker” saytına istinadla xəbər verir ki, 29 yaşlı Reus keçirilən sorğuda səslərin 44 faizini toplayaraq cari mövsümün ən yaxşı futbolçusu adını qazanıb. Səsvermə Bundesliqanın 214 futbolçusu arasında keçirilib. İkinci və üçüncü yerləri onun komanda yoldaşı Axel Vitsel və “Ayntraxt” klubunun hücumçusu Luka Joviç bölüşüblər. Onların hər biri 8,9 faiz səs toplayıb.

Bu mövsüm Reus 17 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, yarımmüdafiəçi Almaniya millisinin heyətində 37 oyunda 10 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: