Mariya Stadnik finalda rəqibini 32 saniyə ərzində məğlub edərək Avropa çempionu olub

72

Azərbaycan güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatının qalibi olub.

NUHÇIXAN xəbər verir ki, yarışın üçüncü günündə 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulublar.

Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Cəmi 32 saniyə ərzində rəqibi üzərində qələbə qazanan Mariya Stadnik Avropa çempionatında növbəti qızıl medalını təmin edib. Güləşçimiz indiyədək altı dəfə Avropa çempionatının və birinci Avropa Oyunlarının qalibi olub.

Əlli doqquz kiloqram çəki dərəcəsində yarışan Tatyana Omelçenko bürünc medal uğrunda görüşə çıxıb. Belarus idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Səbirə Əliyeva isə yarımfinalda Rusiya idmançısına uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: