“Mançester Siti” tarixində beşinci dəfə İngiltərə Superkubokunun qalibi olub

178

Avqustun 5-də İngiltərə Superkuboku uğrunda “Çelsi”-“Mançester Siti” komandaları üz-üzə gəliblər.

NUHÇIXAN xəbər verir ki, “Vembli” stadionunda keçirilən qarşılaşma Pep Qvardiolanın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı “Mançester Siti” klubu açıb. Belə ki, Fil Fodenin ötürməsini Kun Aguera dəqiq zərbə ilə qola çevirib- 0:1. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Matçın ikinci hissəsində hücumlarını artıran Mançester klubu hesab arasındaki fərqi artırıb. Oyunun 58-ci dəqiqəsində Bernardo Silvanın effektiv ötürməsi sahəsində Kun Agueranı qapıçı ilə təkbətək qalıb. Şansın əldən verməyən argentinalı hücumçu dublun rəsmiləşdirib – 0:2. Beləliklə, “Mançester Siti” yeni sezonda ilk kubokun qazanıb və tarixində beşinci dəfə İngiltərə Superkubokunun qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: