“Mançester Siti” klubu avrokuboklardan kənarlaşdırıla bilər

103

İngiltərənin “Mançester Siti” klubu maliyyə “Fair play” qaydalarını pozduğuna görə avrokuboklardan kənarlaşdırıla bilər.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, UEFA növbəti mövsümdən komandanı Avropanın ən nüfuzlu klub turnirində iştirakdan məhrum edə bilər.

UEFA “Leaks Football” nəşrinin İngiltərə təmsilçisinin 2014-cü ildə maliyyə pozuntularına yol verməsi barədə məlumat dərc etməsindən sonra qurum klubla bağlı araşdırmalara başlayıb. Həmin xəbərdə qeyd edilmişdi ki, sponsor mənfəəti olaraq göstərilən 60 milyon funt sterlinq əslində “Mançester Siti”yə klubun ərəb sahiblərindən daxil olub. Bu vəsaitin Riyad Mahrezin transferində istifadə olunduğu bildirilir. Məlumatda o da vurğulanır ki, klub 2014-cü ildə “Fair play” qaydalarını pozaraq 88 milyon avroluq maliyyə fırıldaqçılığına yol verib.

Klubun bu və digər məsələlərdə maliyyə dələduzluğu etdiyi sübut olunarsa, UEFA komandanı avrokuboklardan kənarlaşdıracaq.

Hazırki mövsümdə “Mançester Siti” Çempionlar Liqasının F qrupunda 5 matçdan 10 xal toplayaraq birinci yerdə qərarlaşıb. Qrup mərhələsinin sonuncu turunda “şəhərlilər” “Hoffenhaym” komandasını qəbul edəcəklər. Qarşılaşma dekabrın 12-də baş tutacaq.

İngiltərə çempionatında isə 38 xalla birinci pillədə qərarlaşan “Mançester Siti” ən yaxın izləyicisini 2 xal qabaqlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: