Maliyyə intizamı gücləndirilir

191

NUHÇIXAN xəbər verir ki, 2008-ci ilin sentyabrında yaradılan Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi lazımi iş şəraiti ilə təmin olunub.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi büdcə vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin qanunla təsdiq edilmiş göstəricilərə uyğunluğunu təhlil edir. Hüquqi şəxslərə dövlət və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.

İdarənin həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi maliyyə intizamının gücləndirilməsi və hesabatlılığın artırılmasıdır. Fəaliyyəti dövründə idarə tərəfindən müəssisə və təşkilatlara ayrılan büdcə vəsaitlərinin istifadəsinin, illik maliyyə hesabatlarının dürüstlüyünün və mühasibat uçotunun aparılmasının normativ sənədlərə uyğunluğunun auditi aparılıb.

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 10 il ərzində 80 müəssisə və təşkilatda audit tədbirləri həyata keçirilmiş, 87 müəssisə və təşkilat üzrə maliyyə hesabatlarının təhlili aparılıb, təhlillərin nəticələrinə dair rəylər hazırlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: