Maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərilə görüş olub. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Vüsal Sevdimaliyev görüşün məqsədi və mahiyyəti barədə danışıb.
Sonra Fondun Gəlirlər şöbəsinin müdiri Əli Həsənov sosial sığortanın əhəmiyyəti barədə məlumat verib. Qeyd edilib ki, məcburi dövlət sosial sığorta haqqı əmək pensiyalarının maliyyələşdirilməsi üçün əsas mənbədir və əmək pensiyalarının məbləği bilavasitə ödənilən sosial sığorta haqqının məbləğindən asılıdır. Ona görə də hər bir işləyən vətəndaş, o cümlədən tikinti sahəsində fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Çünki bu haqlar topalanaraq həmin vətəndaşların pensiyasının məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır. Natiq bununla bağlı qaununvericilikdə nəzərdə tutulan digər məsələlərə də aydınlıq gətirib.
Tədbirin sonunda Fondun əməkdaşları iştiarkçıları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.