Mərcan gözlü Batabat

547

Batabat yaz aylarından ta ki iyulun ortalarına qədər sanki Naxçıvan təbiətinə salınmış çiçək naxışlı xalıya bənzəyir. Özünün yaşıllıqları və bu yaşıllığın fonunda rəngbərəng  gülləri, çiçəkləri, zümrüd çaları ilə ətrafdakı harmoniyadan geri qalmayan gölləri ilə həm də isti yayda bir sərinlik məqamıdır  “Mərcan gözlü Batabat”. Ayı dərəsi, Zor bulağı, Fərhad evi, Çəpər obası, Üzən adası ilə möcüzədir başdan-başa. Qonaqgörməzin, Camışölənin, Salvartının sinəsində çadır-çadır binələrdə el-obanın sərvətinə, varına həyandır Batabat.

Bir yay günü yolumuzu buradan-Azərbaycan təbiətinin şah əsərlərindən biri olan, Naxçıvan dağlarının gözəli Batabatdan saldıq. Gəzdik, gördük. Elliklə hamının istidən sığındığı sərinlik idi hər ağacının- yemişan, armud, alma ağaclarının kölgəsi. Uzaqdan ağaran yolların, insanların bulaqbaşına saldığı cığırların arasında sanki yeni bir yurd yeri salınmışdı.

NUHÇIXAN  bu isti yay günlərində hər kəsə öz sərin, nəvaziş  dolu qucağını açan Batabatdan hazırladığı fotoreportajı təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: