“Mənim ikinci peşəm” layihəsinə start verilib

251

NUHÇIXAN xəbər verir ki, layihənin təqdimatı münasibətilə keçirilən tədbirdə Gənclər Fondunun  icraçı direktoru Cəbi Quliyev bildirib ki, əsas məqsəd gənclər arasında sənətə və əlavə peşə sahələrinə maraq oyatmaq, dulusçuluq, misgərlik, xalçaçılıq, papaqçılıq və başqa  sənət növlərini gələcək nəsillərə çatdırmaqdır.

Sonra layihə çərçivəsində seçilmiş 25 gəncin iştirakı ilə Dizany MMC-nin dulusçuluq bölməsində  “Dulusçuluq” kurslarına start verilib. Dulusçuluq sənətinin inkişafı və tarixi haqqında burada gənclər ətraflı şəkildə məlumatlandırılıb və bu qədim sənətkarlıq nümunəsi  praktiki olaraq onlara öyrədilib. Gənclər ilk dəfə dulus çarxlarında öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, “Mənim ikinci peşəm” layihəsi çərçivəsində keçiriləcək “Dulusçuluq” kursları  5 gün davam edəcək və kursları bitirmiş gənclərə sertifikatlar veriləcək.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: