Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub

183

Şəhriyar Məmmədyarov İsveçrənin Bil Şəhərində yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub.

NUHÇIXAN xəbər ki, partiyanın doqquzuncu turunda 57-ci gedişdə Məmmədyarov ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.

Matt & Patt saytının məlumatına görə, 56-cı gedişdə Karlsenin buraxdığı böyük səhv ona baha başa gəlib. Saytın yazdığına görə, Məmmədyarov son 10 ildə ilk dəfədir ki, Karlseni klassik şahmatda məğlub edib. 7 xala yiyələnən Şəhriyar Məmmədyarov Karlseni 2 xalla üstələyərək turnirin qalibi olub.

“Mən fantastik turnirin qalibi olması münasibətilə Şəhriyarı təbrik edirəm”, – deyə norveçli dünya çempionu Matt & Patt saytına müsahibəsində bildirib. Karlsen əlavə olaraq deyib ki, sona yaxın təşəbbüsü ələ almaq üçün imkanları oldu, lakin iki böyük səhvi hər şeyi alt-üst etdi.

Matt & Patt saytının yazdığına görə, qələbədən sonra Şəhriyar Məmmədyarov rəqibinin oyununu qiymətləndirib, bildirib ki, Maqnus çox riskli oynayıb.

Turnirin digər oyunçularının xalları belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5).

Yarışın son turu bu gün keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: