Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

188

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, ali təhsil ocağında  Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunmuş “Sözün Məmməd Araz zirvəsi” adlı konfrans keçirilib.

Konfranda qeyd edilib ki, dahi şair ədəbiyyatımızın inkişafı yolunda əvəzsiz xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” və bir sıra fəxri adlara layiq görülüb. Şair eyni zamanda dövlətimizin ali mükafatı olan “İstiqlal” ordeni  ilə də təltif olunub. 2013-cü ildə Ali Məclis Sədrinin sərəncamına əsasən  şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi yaradılıb.

Ölməz xalq şairi Məmməd Arazın bütün yaradıcılığının ədəbiyyat tariximizə verdiyi töhfələrin Azərbaycançılıq ideologiyasından qaynaqlandığı və bütövlükdə öz yaradıcılığı boyu, çoxlarından fərqli olaraq, cərəyan edən tarixi hadisələri, bir növ, xüsusi xronoloji ardıcıllıqla xalqa zamanında poetik dillə çatdırdığı qeyd edilib.

Sonda Tarix-filologiya fakültəsinin tələbələri şairin şeirlərini səsləndiriblər. Tədbirdə  Məmməd Arazın həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: