Məktəblilər Yerin süni peykini izləyiblər

110

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Yerin süni peyklərinə həsr olunan İnteraktiv açıq dərs keçirilib. Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

NUHÇIXAN-ın məlumatına görə, şagirdlərə bildirilib ki, Yerin ilk süni peyki 1957-ci ildə səmaya buraxılıb. Pilotlu və sərbəst uçan kosmik aparatlar olan süni peyk Yerin ətrafında dolanaraq bir sıra elmi, texniki və digər funksiyaları yerinə yetirir. Peyklər informasiyanın əldə edilməsi və ötürülməsində də xüsusi rola malikdir.

Dərsdə videogörüntü vasitəsilə Yerin süni peyklərinin buraxılması və orbitdəki hərəkətləri şagirdlərə göstərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: