Məktəblilər üçün film nümayiş olunub
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan şəhər 7 №-li tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub. Tədbir 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunub.
Filmdə ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasətdən, mədəniyyətimizin inkişafı, yüksəlməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edilir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən film nümayişində 20-dən çox şagird iştirak edib.