Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətinin yüksəldilməsi, insanların, o cümlədən gənc nəslin sağlamlığının qorunması məqsədlə Şərur Rayon Mərkəzi Xəstəxanasında ixtisaslı həkimlərdən ibarət briqada yaradılıb.
NUHÇIXAN xəbər verir ki, həkim briqadası Yengicə kənd tam orta məktəbində şagirdləri ilkin tibbi müayinədən keçirib. Müayinələr tibbi profilaktik məqsədlə keçirilir.
Babək rayonunun Qahab kənd tam orta məktəbinin 440 şagirdi də profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamadan keçib. Onları həkim briqadasının tərkibində daxil olan pediatr, oftalmoloq, nevropatoloq, stomatoloqlar müayinədən keçiriblər. Məqsəd hər hansı xəstəlik aşkar olunarsa, onların stasionar müalicəyə cəlbinə şərait yaratmaqdır.
Belə müayinələr hər il yaz və payız aylarında olmaqla 2 dəfə aparılır.