Məktəblilər poliatlon çoxnövçülüyündə yarışıblar

183

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Birincilik Naxçıvan şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi,  Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin birgə təşkilatçılıqları ilə reallaşıb. Yarışda 14 məktəb və ümumilikdə 70 şagird mübarizə aparıb. 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, turnikdə dartınma və qumbara atma növləri üzrə yarışan komandalardan 9 nömrəli tam orta məktəb birinci, 16 nömrəli tam orta məktəb ikinci, 15 və 4 nömrəli tam orta məktəblər isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, 9 nömrəli tam orta məktəbin komandası uğurlu nəticə sayəsində Naxçıvan şəhərini muxtar respublika birinciliyində təmsil etmək hüququ qazanıb.

Sonda qalib komandalara diplom və kuboklar, fərqlənənlərə fəxri fərmanlar təqdim olunub.

Yarışı keçirməkdə məqsəd yeniyetmə və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək və onları Silahlı Qüvvələrdə xidmətə hazırlamaqdır.

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: