Məktəbli çantası çəkiyə uyğun olmalıdır

150

Çanta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Ona görə də məktəbli çantasının seçiminə qayğı və diqqətlə yanaşılmalıdır. Seçim zamanı yalnız dizayn və fərdi üstünlüklər deyil, həkim tövsiyələrini də nəzərə almaq vacibdir. Ümumiyyətlə bu sahədə müəyyən tibbi normalar var.

NUHÇIXAN xəbər verir ki, həmin normalara əsasən uşaq öz çəkisinin 10-12 faizindən artıq çəki qaldırmamalı və daşımamalıdır. Uşağın çəkisi 30 kiloqramdırsa, onun məktəbli çantası 3,6 kiloqramdan artıq olmamalıdır.

Ağır çanta qaldıran və daşıyan məktəblilərin onurğa sütunu böyük təhlükə altında olur. Uşağın qaməti pozulur, nəticədə müxtəlif onurğa əyrilikləri meydana çıxır. Həmçinin belə yüklənmə fəqərələrarası disklərin sağlamlığına çox mənfi təsir edir və gələcəkdə onların daha tez dağılması və yırtıqların əmələ gəlməsinə səbəb ola bilər. Uşağın onurğa sütununun formalaşmaması və kifayət qədər zəif olması pozulmaların əmələ gəlmə ehtimalını da artırır. Belə ki, ağır çanta daşıyan məktəblilər əyilməyə məcbur olur. Bu, qeyri-normal duruş səbəbilə uşağın diafraqması qarnına sıxılır, nəticədə daxili orqanlarda sıxılma, gərginlik, eləcə də qan dövranında pozulmalar əmələ gəlir. Bundan başqa ağır çanta uşaqlarda travma ehtimalını da artırır. Məsələn, uşaq pilləkənlə qalxdıqda tarazlığını saxlaya bilməyib yıxıla bilər.

Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: