Məktəb və bağçalarda tibbi xidmət müzakirə edilib

265

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində məktəblərdə və bağçalarda  tibbi xidmətin təşkili ilə əlaqədar   tədbir keçirilib. Səhiyyə nazirinin müavini Samrat Gəncəliyeva  tədbirdə bildirib ki, yeni tikilən təhsil müəssisələrinin hər birində məktəblilərə ilkin tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu da uşaqların dispanserizasiyasında, peyvəndlərin vaxtlı-vaxtında aparılmasında,  infeksion xəstəliklərin erkən aşkar olunaraq qarantin müddətlərinin təyin olunmasında, uşaqların düzgün qidalanması və sağlam həyat tərzi ilə əlaqəli maarifləndirici söhbətlərin aparılmasında daha çox özünü göstərir. Qeyd olunub ki,  buna görə də məktəblərdə və digər təhsil ocaqlarında tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

Təhsil Nazirliyinin Ümumtəhsil Məktəbləri və Liseylərlə iş Şöbəsinin müdiri Abdulla Əsgərov qeyd edib ki,  təhsil müəssisələrində tibbi xidmət iş qrafikinə uğyun şəkildə təşkil edilir. Şagirdlərin profilaktik  müayinəsi, peyvəndlərin vurulması təhsil müəssisələrinin rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik üzrə aparılır.

Vurğulanıb ki, tibb işçiləri pedaqoji kollektivlə birlikdə uşaqların siyahıya alınmasında, onların təhsilə hazırlığının müəyyən edilməsində, təhsil alanların uyğunlaşma rejimi üzrə və peşə  yönümünə görə istiqamətləndirilməsində yaxından iştirak edir.

Sonra tədbir iştirakçılarının sulları  ətraflı şəkildə  cavablandırılıb.

                                                                            Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: