Məhəmməd Salah “Real Madrid” klubuna keçəcək

67

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah “Real” klubunun prezidenti Florentino Perez ilə Madrid təmsilçisinə keçidi barədə razılığa gəlib.

NUHÇIXAN xəbər verir ki, 25 yaşlı oyunçunun transfer qiyməti 175 milyon avro olacaq. Cari mövsüm Salah bütün turnirlərdə 50 oyuna 43 qol vurub və 15 məhsuldar ötürmə verib.

Cari mövsümdə “Liverpul”un hücumçuları Məhəmməd Salah, Roberto Firmino və Sadio Mane Çempionlar Liqasında bir mövsümdə 29 qol vuraraq “Real Madrid”in hücumçuları Kristianu Ronaldu, Kərim Benzema və Qaret Beylin rekordunu yeniləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: