“Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib

126

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Əczaçılıq və stomatologiya” kafedrasının baş müəllimi Çinarə Məmmədovanın “Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı olub. Tədbirdə iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi əhəmiyyətindən danışıb.

Daha sonra “Tibbi klinik fənlər” kafedrasının müdiri, Tibb üzrə fəlsəfə doktoru, dosent Mətləb İbrahimov, Tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev, Azərbaycan Respublikasının Əməkdar həkimi Kubra Cəfərova kitab haqqında öz fikirlərini səsləndiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: