İspaniya La Liqasında bombardir dəyişib. NUHÇIXAN xəbər verir ki, 11-ci turun “Rayo Valyekano” ilə oyununda (3:2) iki qol vuran “Barselona”nın hücumçusu Luis Suares ən sərrast futbolçuların siyahısında liderliyə yüksəlib. Uruqvaylı futbolçu 9 qolla Yaqo Aspası qabaqlayır. İspaniyalı forvardın ehtiyatında isə 8 qol var.
Qeyd edək ki, Suares 9 qoldan 5-ni son iki oyunda vurub.