KXDR Cənubi Koreya ilə görüşdən imtina edib

234

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib. NUHÇIXAN “YONHAP” agentliyinə istinadla xəbər verir ki, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə birgə keçirdiyi “Max Thunder” hərbi təlimlər olub.

İki ölkənin sərhəddinə yaxın Panmunjom qəsəbəsində keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

Keçirilən hərbi təlimlərin işğalçılıq niyyəti güddüyünü bildirən Pxenyan onları Koreyalararası əlaqələrin yaxşılaşdığı vaxtda təxribat adlandırıb və ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

Qeyd edək ki, ABŞ-ın “Max Thunder” təlimləri Cənubi Koreyada aprelin 15-dən keçirilir. Təlimlərə 2000-dək ABŞ və Cənubi Koreya hərbçiləri qatılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: