Kursantlar arasında keçirilən viktorinanın qalibləri müəyyənləşib

128

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Vətənimiz Azərbaycanı tanıyaq” mövzusunda viktorina keçirilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən intellekt mübarizəsində 4 komanda yarışıb. Kursantların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədi ilə təşkil edilən viktorina 3 mərhələdə keçirilib. Suallar arası fasilələrdə videoçarxlar nümayiş olunub, kursantlar vətənimizə həsr olunmuş mahnı və şeirləri səsləndirib, müxtəlif səhnəcikləri canlandırıblar. Məktəbli qızlar rəqs nümunələri ilə çıxış ediblər. “Qələbə”,  “Mübariz”, “Qarabağ” və “Zəfər” adlı komandaların yarışdığı viktorinanın qalibi “Qələbə” komandası olub. Qalib komandanın üzvləri və tədbirdə fəal iştirak edən məktəblilər mükafatlandırılıblar.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: