Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib

542

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kükü, Güney Qışlaq, Ayrınc kənd  inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr və  kənd ziyalılarının iştirak etdiyi maarifləndirmə tədbirini Şahbuz Rayon İcra Hakimiyyətinin   şöbə müdiri Vüqar Muradov açaraq son dövrlərdə rayonda aparılan ekoloji tədbirlər barədə məlumat verib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov, nazirliyin baş məsləhətçisi Qəhraman Qasımov,  Rayon polis şöbəsinin baş sahə inispektoru  Dilqəm Hüseynov çıxış ediblər.      

Bildirilib ki, ətraf mühitin mühafizəsi insanların sağlam təbii mühitdə yaşaması muxtar respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Bu sahədə muxtar respublikada mühüm tədbirlər həyata keçirilir, yaşıllıqların, biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görülür.

Qeyd olunub ki,   görülən bu müsbət işlərə baxmayaraq  bəzən vətəndaşlar tərəfindən  qanunvericiliyin tələblərinə əməl edilməməsi halları baş verir. Şahbuz  rayonunda  2018-ci ildə  Biçənək, Şahbuz şəhər, Kiçikoba, Gömür və Kolanı kəndlərində təbiət ərazilərinin çirkləndirilməsi, ağacların  qanunsuz  kəsilməsi və digər məsələlər barədə   6 fakt aşkar olunaraq cərimələr tətbiq edilib.

İştirakçılara  bu sahədə tətbiq olunan cərimə məbləğləri və digər inzibati tədbirlər barədə geniş məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdən sonra aidiyyəti təşkilatların nümayəndələri Kükü çayına da baxış keçirib. Mövcud vəziyyətlə maraqlanıblar .

                                

                                 Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: