NUHÇIXAN xəbər verir ki, balaca tamaşaçıların rəğbətini qazanan Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla teatrı 1989-ci ildən fəaliyyət göstərir. Kollektiv bu günlərdə növbəti yaradıcılıq mövsümünə start verib. Aktyorlar artıq mövsümün ilk tamaşasının məşqlərinə başlayıblar. Abdulla Şaiqin “Tülkü həccə gedir” əsərinin əsasında hazırlanan eyni adlı tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı Əli Məmmədovdur.
Nuray Nəzərova
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.