Kukla Teatrı Sədərəkdə balacaların qonağı olub

139

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Sədərəkdə balaca tamaşaçıların qonağı olub. Teatrın kollektivi “Qırmızı, yaşıl, mavi” adlı tamaşasını Sədərək Rayon Mədəniyyət Evində balacalara təqdim edib.

Tamaşadan əvvəl teatrın direktoru, Xalq artisti Şirzad Abutalıbov Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında məlumat verib. Bildirib ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 1989-cu ildə yaradılıb. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə, İran və Tacikistana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Teatr 2004-cü ildən maarifçi-pedaqoq  Məhəmməd Tağı Sidqinin adını daşıyır.

Məşhur şərq nağılı əsasında hazırlanan tamaşada Əfqanə Ələsgərova, Ulduz Süleymanova, Vəsmə Quliyeva, Süleyman Süleymanov, İlham və İlqar Babayevlər, İbad Nəbiyev və Arzu Səfərov müxtəlif obrazları canlandırıblar. Kollektivin ustalıqla təqdim etdiyi tamaşanı  balaca izləyicilər maraqla və alqışlarla qarsalayıblar.

“Oğuz yurdu” qəzeti

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: