KUDAKA nümayəndələrinin Naxçıvana səfəri Türkiyə saytlarında

154

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin (KUDAKA) nümayəndə heyətinin  Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri Türkiyənin Kütləvi İnformasiya Vasitələrində öz əksini tapıb. Türkiyənin tanınmış haberler.com, erzurumyenihaber.com, kentvizyonhaber.com və digər  saytlarda səfərlə bağlı xəbərlər yerləşdirilib. Məlumatlarda qeyd olunur ki,  Agentliyin 2018-ci il iş proqramı çərçivəsində qış və idman turizminin inkişafı ilə bağlı baş tutan səfərdə  Ərzurum valisi Okay Memiş, Atatürk Universiteti Rektoru Prof. Dr. Ömər Çomaklı, Vilayət  Təhlükəsizlik Müdiri Mehmet Aslan, KUDAKA Baş katibi Osman Demirdöğen, iş adamları, sənaye nümayəndələri və agentlik mütəxəssisləri qatılıb. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşüb və ikitərəfli əlaqələri müazkirə ediblər. Bundan başqa qonaqların təhsil, səhiyyə və digər sahələrlə bağlı rəsmi görüşləri və Naxçıvanın turizm potensialı, iqtisadi uğurları, gələcəkdə əməkdaşlıq üçün potensial imkanları haqda məlumatlar verilib. Yazılarda bu cür görüşlərin gələcəkdə istər Naxçıvan, istərsə də Ərzurum üçün çox faydalı ola biləcəyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: