Kotamda yeni meyvə bağı salınır

129

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu Ordubad rayonunun Kotam kəndi ərazisində yeni meyvə bağı salır. Bağın salınmasında əsas məqsəd ətraf mühitin saflaşdırılması ilə yanaşı, kənd sakinlərinin təbiətdən asılılığını minimuma endirməkdir. 1 hektar ərazidə salınan nümunəvi bağda əsasən yerli torpaq və iqlim xüsusiyyətlərinə uyğun meyvə sortları əkilir. Əkiləcək ərazilərdə əvvəlcədən hazırlıq işləri aparılıb, arxlar çəkilib və sahə çəpərlənib. Bu meyvə bağının salınması həm də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na öz töhfəsini verəcək.

Bağın salınması işi Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəklədiyi “Qafqazda bəbir və onun qida obyektlərinin monitorinqi” layihəsi çərçivəsində aparılır.

                Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: