Kosacan kəndində tədbir olub

134

NUHÇIXAN xəbər verir ki, YAP Şərur Rayon Təşkilatı Kosacan kəndində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirib.

Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açaraq qeyd edib ki, Şərur rayonunda yeni istehsal obyektləri inşa edilir, məktəblərin mədəniyyət və səhiyyə müəssisələrinin, inzibati və yaşayış binalarının, yolların, körpülərin, suvarma sistemlərinin geniş şəbəkəsi yaradılır. Bu il noyabrın 21-də YAP-ın yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kəndində yeni sosial obyektlər istifadəyə verildi. Bütün bunlar ulu öndər Heydər Əliyev yoluna sədaqətin bəhrələridir.

Sonra məruzə ətrafında Kosacan kənd tam orta məktəbinin direktoru Asim Həsənov, Şərur rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuran Əzizov,  partiya üzvü Jalə Xəlilova və başqaları çıxış ediblər.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: