Körpələr evində bayram sevinci
“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə bildirilib ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Sonra sağlamlıq imkanları məhdud uşaqlara bayram münasibətilə hədiyyələr verilib. Tədbirin bədii hissəsində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında bir-birindən maraqlı səhnəciklər nümayiş etdirilib, uşaqlar üçün bayram ab- havası yaradılıb.
Turab Hacızadə