Kollektivlər Naxçıvan şəhərindəki muzeylərdə olublar

151

NUHÇIXAN xəbər verir ki, ötən şənbə günü Naxçıvan şəhərində fəaliyyət göstərən  bir sıra idarə və təşkilatların  kollektivləri muzeylərdə olublar.

Heydər Əliyev Muzeyi, Xan Sarayı, Naxçıvan Dövlət Xalça Muzeyi barədə qonaqlara ətraflı məlumat verilib.

Həmin gün kollektivlər həmçinin Dövlət Bayrağı Muzeyini, AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağını, Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki Ev Muzeyini, Ədəbiyyat Muzeyini və Naxçıvan Dövlət  Rəsm Qalareyasını da ziyarət ediblər. Onlara muzeylərin zəngin ekspozisiyası barədə məlumatlar verilib. Vurğulanıb ki, bu mədəniyyət ocaqları Naxçıvanın mədəniyyətini, tarixini, müasir inkişafını özündə əks etdirir. Onların fondu daim zənginləşdirilir.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: