Kolleclərin boş qalan plan yerləri üzrə artıq 1212 abituriyent ixtisas seçib

157

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə internet vasitəsilə ixtisas seçimi aparır.

NUHÇIXAN xəbər verir ki, avqustun 30-u saat 12:00-a olan məlumata əsasən, 1212 abituriyent ixtisas seçib. Onlardan 1203-ü Azərbaycan, 9-u isə rus bölmələrində təhsil alacaq gənclərdir.

İxtisas seçimi sentyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı isə 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) qazandıqları nəticələr əsasında iştirak edirlər.

İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak hüququ yoxdur. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 linkindəki “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: