KİV: “Qızıl top”u Luka Modriç alacaq

123

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını qazanacaq futbolçunun adı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, İspaniyanın “Onda Cero” radiosu həmin oyunçunun “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç olduğunu əminliklə vurğulayıb. Xorvatiyalı pleymeykerin, səsvermənin nəticələrinə əsasən, ən yaxın izləyicilərini böyük üstünlüklə qabaqladığı bildirilir.

Məlumata görə, ikinci yeri İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu tutacaq. İspaniya “Atletiko”sunun fransalı forvardı Antuan Qrizmann isə üçüncü olacaq.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Luka Modriç iki ay öncə FIFA-nın keçirdiyi sorğuda ilin ən yaxşı futbolçusu seçilib və “The Best” mükafatına layiq görülüb. O, 2018-ci ildə “Real Madrid”lə Çempionlar Liqasını qazanıb və Xorvatiya millisinin heyətində dünya ikincisi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: