“Kitab qoy, kitab götür” layihəsinə maraq artır

180

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib.

Tədbirin mahiyyəti haqqında məlumat verilərkən bildirilib ki, təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Həmçinin qeyd olunub ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə bu il iyulun 20- dən  Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib və orada ayrılmış müəyyən bir guşədə, eyni zamanda Gənclər və İdman Nazirliyində layihə davam etməkdədir. Bu günədək layihədə 300 nəfər iştirak edib.

Layihə ilə bağlı gənclərə məlumat verildikdən sonra gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişdirmişlər. Qeyd edək ki, təbliğat kampaniyası bundan sonra muxtar respublikanın rayon və şəhərlərində, eyni zamanda digər ali və orta ixtisas təhsili müəssisələrində həyata keçiriləcəkdir.

Kampaniya Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: