«Kitab bilik mənbəyidir»

130

NUHÇIXAN xəbər verir ki, şagirdlərin mütaliə mədəniyyətinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Kürçülü kənd tam orta məktəbində «Kitab bilik mənbəyidir» adlı tədbir keçirilib.

Tədbirdə bildirilib ki, müasir tələblərə tam cavab verən məktəbimizdə zəngin kitabxana var. Kitabxanada tez-tez oxucu konfransları keçirilir, «Oxunması zəruri olan kitablar», yazıçı və şairlərin yeni əsərləri müzakirə olunur.

Məlumat verilib ki, kitabxananın fondunda 1.500-dək dərslik, 2 mindən artıq bədii ədəbiyyat var. Daxil olan yeni dərsliklərin və bədii ədəbiyyatların təlimata uyğun katoloqu hazırlanır. Kitabxanada tarixi və əlamətdar günlərlə bağlı tədbirlər keçirilir, bu tədbirlərdə şagirdlərin fəallığı müşahidə olunur.

Sonra kitabxananın fəal oxucularının mövzu ilə bağlı fikirləri dinlənilib.

Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: