Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi olub.
NUHÇIXAN Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, komandamız təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.
O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. V.Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin “sükanı arxasında” olacaq.
Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.