Kimyəvi və təbii meyvə-tərəvəzləri necə ayırd etməli? - 10 faydalı məsləhət

568

Bazarda və supermarketlərdə alış-veriş edən zaman bizi ən ümdə narahat edən məsələ meyvə və tərəvəzlərin təbii olub-olmamasıdır.

NUHÇIXAN məhz bu üsulları sizə təqdim edir.

1. Yerkökü

Böyük və narıncı rəngdə olan yerkökü müştərinin diqqətini tez cəlb edir. Həmişə balaca və rəngi parlaq olmayan yerkökü seçin. Unutmayın ki, təbii yerköküdə qəribə ləkələr olmur.

2. Kartof

Kartof kimyəvi dərmanları tez həll edir. Ona görə onları ayırd etmək çətindir. Çalışın balaca görkəmli və ləkəli kartofları seçin. Səliqəli və gözəl görkəmli kartoflar kimyəvidir. Dırnağınızla kartofa toxunun əgər xırçıltı səsi (cipsi kimi) gəlirsə, deməli kartof tamamilə təhlükəsizdir.

3.Pomidor

Pomidoru seçmək  bir qədər asandır. Sağlam pomidorun içi bir rəng olur və aydın olur. Əgər pomidorun içi ağdırsa və ləkələr varsa deməli nitratı boldur. Həm də toxum yerinə diqqət etsəniz görərsiniz ki, təmiz pomidorda toxum hissəcikləri balacadır.

4.Xiyar

Xiyarı alarkən içinə diqqət edin. Yadda saxlayın gübrəli xiyarın toxumları olmur. Bir də xiyarda sapına diqqət edin. Təhlükəsiz xiyarda yaşıl sapı yumşaq olmalıdır, xiyar özü isə bərk.

5. Kələm

Kələm alarkən onun ləkələrinə diqqət etməyiniz kifayətdir. Ləkəli kələm gübrələrlə kifayət qədər zəhərlənmiş vəziyyətdədir mənasını verir.

6. Alma

Bu gün  kifayət qədər zəhərli vəziyyətdə olanların biri də almadır. Çalışın çirkin, balaca və çatışmazlıqları bol alma seçəsiniz.

7. Balqabaq

Təmiz və ləkəsiz balqabaq  gübrəsiz balqabaqdır.

8. Çiyələk

Mağazalar və supermarketlər  bu giləmeyvəni demək olar ki, bütün il yeməli ediblər. Əgər orjinal çiyələk istəyirsinizsə yadda saxlayın ki, onlar ideal formaya malik olmurlar. Xüsusilə  çiyələkdə ləkələr varsa, onu almaqdan yayının. Əgər həddindən artıq parlaq rəngi varsa deməli rəngləniblər. Bir məsləhət daha: Çiyələyi soyuq su ilə yuyun, rəngi çıxırsa deməli kimyəvi müdaxilə yan ötməyib.

9. Qarpız

Kimyəvi müdaxilə görməyən qarpızın tumları taraz düzülmüş və sapı da quru olur. Əgər qarpızın içində sarı ləkələr varsa deməli qarpız kimyəvidir. Təbii qarpızın  lifləri ağ olur.

10.Albalı

Təbii albalı parlaq və bir rəngli olur. Ləkələr və solğunluq kimyəvi müdaxilədən xəbər verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: