Keyfiyyətli əti necə seçək?

132

Azərbaycanda insanların istifadə etdiyi qidalar sırasında ət məhsulları üstünlük təşkil edir. Bəs keyfiyyətli və təzə əti necə seçmək olar.

NUHÇIXAN yaxşı əti necə seçmək barədə yazını təqdim edir:

Ətin təzə olduğunu rəngi, görünüşü, qoxusu, dərialtı piy və iliyin vəziyyəti, hazırlanan bulyon və bişdikdən sonra keyfiyyətindən bilmək olur.

Qoçun və arıq qoyunun əti daha bərk olur. Qara qoyunun əti çox dadlıdır. Sarı rəngli cavan, iri qoyunun ətinin qida dəyəri yüksək və yağlı olduğu üçün dadlı olur. Ala quzunun əti daha dadsızdır və həzm olunması çətindir.

Yalnız təzə ət alın. Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır. Yaxşı mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd olur.

Ətin rəngi tünd qırmızıdırsa, bu, o deməkdir ki, heyvan qoca olub. Belə ətin dadı yaxşı olmur. Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin piyi isə krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.

Dondurulmuş ətin keyfiyyətli olub-olmadığını təyin etmək bir az çətindir. Eyni zamanda, dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.

Ətə əl vurduqda çox yumşaq, boş olmamalıdır. Yaxşı ət quru olur, ələ yapışmır, selikli olmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: