Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq məktubu göndərib

172

21-23 sentyabr tarixlərində Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi tərəfindən Naxçıvan şəhərində “Avropa günləri” keçirilib. NUHÇIXAN xəbər verir ki, sentyabrın 28-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova məktub göndərərək “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edib. Məktubda deyilir: İlk dəfə idi ki, Avropa İttifaqının nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı 17 səfiri, o cümlədən Danimarkanın Ankarada və Finlandiyanın isə Helsinkidəki səfirləri birlikdə Naxçıvan Muxtar Respublikasına səfər etmişlər. Rəsmi görüşlərdən sonra 8 orta məktəbdə və 2 universitetdə Avropa İttifaqı və üzv dövlətlər barədə təqdimatlar keçirilmişdir. Paralel olaraq, dil dərsləri və ERASMUS+ və Gənc Avropa Səfirlərinin təqdimatları təşkil olunmuşdur. İqtisadiyyat və kənd təsərrüfatı nazirləri, eləcə də yerli sahibkarlarla biznes görüşü baş tutmuşdur. Nümayəndə heyətinin üzvləri reabilitasiya mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşmüşlər. Əhalinin bütün qrupları üçün keçirilmiş son tədbir olan “Avropa şəhərciyi”, təxminən, 40-45 min nəfərin iştirakı ilə nümayəndəliyin Azərbaycanda keçirdiyi ən böyük məlumatlandırma tədbiri olmuşdur. “Avropa günləri Naxçıvanda” tədbiri uğur qazanmış, hər iki tərəf arasında marağın, etimadın və əməkdaşlığın yeni səviyyəsini nümayiş etdirmişdir. Sizin yardımınız və dəstəyiniz olmadan bu tədbir uğur qazana bilməzdi.

Hörmətlə  Kestutis Yankauskas

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: