Kestutis Yankauskas: Avropa İttifaqına üzv olan dövlətlərin nümayəndələri Naxçıvana gələcək - VİDEO

112

Naxçıvanda səfərdə olan Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri  Kestutis Yankauskas Naxçıvan Televiziyasına müsahibə verib.

O, deyib: “Biz Naxçıvanda iki günlük səfərdəyik. Sabah peşə təhsili məktəblərinin sistemi ilə bağlı seminar keçiriləcəkdir. Bu seminarda Avropa mütəxəssisləri ilə Naxçıvanlı mütəxəssislər bir araya gələcək və bu sahə üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Səfərin ikinci məqsədi sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Avropa İttifaqına üzv olan 20 dövlətin səfirliyinin nümayəndələri Naxçıvana gələcək. Bu tədbirləri biz gənclərə, təhsilə və biznesə həsr edəcəyik. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələr necə inkişaf etdiriləcək bax bu sahədə müzakirələr aparılacaq. Bildiyiniz kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Eləcə də Naxçıvan 2018-ci ildə Azərbaycanın Gənclər paytaxtı və İslam Mədəniyyətinin paytaxtı seçilib. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəal iştirak edirlər. Biz Azərbaycan hökuməti ilə gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik.

Bir də bu il mənim həm Naxçıvana , həm də Naxçıvan Dövlət Universitetinə ikinci səfərimdir. Burdakı elektron avadanlıqlar və qurulan virtual tədris mühiti məndə böyük təəssürat oyatdı. Doğurdan da universitet çox gözəl təchiz olunub. Əlbəttə bu texnologiyanın imkanlarından faydalanmaq ,yeniliklər etmək üçün bir imkandır. Məsələn , biz burda Erasmus plus proqramı çərçivəsində əməkdaşlığı daha da artıra bilərik.

Naxçıvan çox gözəl şəhərdir. Mən xanımımla gəlmişəm və o indi muzeyləri gəzir. Mən də sabahdan muzeyləri, Naxçıvanın gəzməli, görməli yerlərini onunla birlikdə gəzəcyəm. Çox adam Naxçıvan barədə eşidibdir, tanıdığım çox adam bura gəlmək istəyir. Çox gözəl mətbəxiniz , çox gözəl təbiətiniz var. Biz Naxçıvanı çox bəyənmişik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: