Karateçilərimiz Xorvatiyada 3 medal qazanıb

154

Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate-1 gənclər liqasının ikinci mərhələsində 3 medal qazanıblar.

NUHÇIXAN xəbər verir ki, 14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıblar.

Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.

74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələniblər.

Beynəlxalq hakim Vüqar Kərimov da bu turnirlərin hakimləri arasında olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: