Karate-do üzrə yoldaşlıq görüşü keçirilib

114

NUHÇIXAN xəbər verir ki, “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə oğlanlardan ibarət komandalar arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib. 

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən görüş Şərur rayon Olimpiya İdman Kompleksində reallaşıb. “Naxçıvan”, “Şərur”, “Kəngərli” və “Sədərək” komandalarının iştirak etdiyi görüşdə 6 yaş qrupunda 10 çəki dərəcəsi üzrə 80 idmançı mübarizə aparıb. Komanda hesabında “Naxçıvan” komandası I, “Şərur” komandası II, “Kəngərli” komandası isə III yerin sahibi olub.

Sonda yer tutan idmançılara təşkilatçıların diplomları təqdim edilib.

Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: