Kamandan oxatma üzrə muxtar respublika birinciliyi keçirilib

193

İlk dəfə olaraq ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında kamandan oxatma üzrə muxtar respublika birinciliyi baş tutub. NUHÇIXAN xəbər verir ki, yarış Atıcılıq Mərkəzində reallaşıb və 5 komandanın  tərkibində 25 tələbə qalib gəlmək üçün mübarizə aparıb. Fərdi xarakter daşıyan birincilikdə hər tələbənin 15 m məsafədən hədəfi  düzgün vurması üçün 5 atış şansı olub. Nəticələrə gəlincə, Naxçıvan Texniki Kollecinin tələbəsi Coşqun Əliyev 14 xal toplayaraq yarışın qalibi adını qazanıb. Kollecin digər iştirakçısı Elşən Məmmədov 8 xalla II, “Naxçıvan”  Universitetinin təmsilçisi Murad Hüseynzadə isə 7 xalla III yerə layiq görülüb. Yer tutan idmançılara təşkilatçılar tərəfindən diplomlar  təqdim olunub.

Qeyd edək ki,  birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçib.

  Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: