“Kalaşnikov” konserni döyüş robotunu təqdim edib

201

Rusiyanın məşhur “Kalaşnikov” konserni tərəfindən istehsal olunan döyüş robotu təqdim edilib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “İqoryok” adlı robot Moskvada “Kalaşnikov” avtomatlarını istehsal edən şirkət tərəfindən nümayiş olunub.

Şirkətdən məlumat verilib ki, robot hələlik hərəkət edə bilmir. Amma yaxın gələcəkdə onun mühəndis və döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyəti ən yüksək səviyyəyə çatdırılacaq. Hələlik heç bir əlavə funksiyası göstərilməyən robot 2019-cu ildə daha da təkmilləşdirilərək nümayiş olunacaq.

Robotun hündürlüyü 4 metr, çəkisi isə 4,5 tondur. Robotun gülləkeçirməyən rəngli şüşə ilə örtülmüş nəzarət kabinəsindən onun sağ və sol qolları idarə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: