Rusiyanın “Kalaşnikov” konserni “Tesla”ya rəqib hazırladığını bəyan edib.
NUHÇIXAN konsernin məlumatına istinadla xəbər verir ki, elektromobil sovet istehsalı olan “İj-Kombi” banı üzərində yığılıb. “Armiya-2018” sərgisində təqdim edilən avtomobil bir dəfəyə 350 km məsafə qət edə bilər. Maşın saatda 100 km sürəti 6 saniyəyə toplayır.
Konsernin nümayəndəsi RBK-ya bildirib ki, bu maşın gələcəkdə İlon Maskın yaratdığı “Tesla” avtomobilinə rəqib olacaq.