Kəngərlidə yüzlərlə  həmişəyaşıl ağac əkilib

229

Kəngərli rayonunda yaşıllaşdırma tədbirləri həyata keçirilib. NUHÇIXAN xəbər verir ki, rayon ərazisindən keçən magistral yolun kənarlarına yeni həmişəyaşıl ağaclar əkilib. Budəfəki yaşıllaşdırma tədbirini  Kəngərli Rayon İcra hakimiyyəti və Şahtaxtı Gömrük İdarəsi  birgə təşkil ediblər. Belə ki, Naxçıvan-Sədərək magistral yolunun Xok kəndi ərazisindən keçən hissəsində və Şahtaxtı Gömrük-Sərhəd keçid məntəqəsinə gedən yolun kənarlarında 260 ədəd həmişəyaşıl ağac əkilib. Yay aylarında əkilən ağacların yaxşı bitməsi üçün tinglərə xüsusi aqrotexniki qulluq göstərilib. Bundan sonra sahələrdə becərmə və qulluq işləri mövsümə uyğun olaraq həyata keçiriləcək.

Sadiq Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: