Kəngərlidə uşaqlar mükafatlandırılıblar

176

“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Kəngərli rayon Mədəniyyət Evində tədbir keçirilib. Tədbir Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə  muxtar respublikada uşaqların sağlam yaşamaq, tərbiyə almaq, təhsil almaq, asudə vaxtlarını səmərəli keçirmək hüquqlarının diqqət mərkəzində saxlanıldığı haqqında danışılıb. Həmçinin muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqlar, onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün də müəyyən işlər görülür. Çıxış edənlər uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik ediblər.

Sonra 2017-2018-ci tədris ilində Kəngərli rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Tədbirin bədii hissəsində Qıvraq qəsəbə və Çalxanqala kənd uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: