Kəngərlidə Qurtuluş günü qeyd olunub

280

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Bildirilib ki, Naxçıvan bu gün beynəlxalq siyasi tədbirlərin, zirvə görüşlərinin keçirildiyi, mötəbər yarışların təşkil edildiyi, Azərbaycanın, bütövlükdə dünya tarixinin tədqiq olunduğu bir diyardır. Müstəqil Azərbaycanın bu gün əldə etdiyi bütün uğurlara görə xalqımız ulu öndərimizin 1993-cü ildə Naxçıvandan Bakıya, ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur.

Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

 Sonda tədbir iştirakçıları 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş videomateriala baxıblar.

      Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: